21 C
Baku
Wednesday, October 29, 2025

Azərbaycanda mobil operatorların yanvar ayı üçün gəlirləri açıqlandı

Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 127,8 milyon manatlıq xidmət göstərib ki, onun da 71,3%-i əhali tərəfindən istehlak olunub.

Bu barədə APA Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,3% azalıb, bu sahədə əldə edilmiş gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,0%-i və ya 63,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər
Digər xəbərlər