6 C
Baku
Sunday, December 15, 2024

“Aztelekom” təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb

“Aztelekom” MMC müxtəlif yaş qruplarına aid istifadəçilər üçün yeni, təhlükəsiz internet xidmətinin test rejimində tətbiqinə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən məlumata görə, geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini arzuolunmaz məzmunlardan, viruslu, həmçinin zorakılığı təbliğ edən zərərli kontentlərdən, bir sözlə, internet təhlükələrindən qoruyur.

“Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət istifadəçiyə arzuolunmaz saytlardan müxtəlif müdafiə mexanizmləri təklif edir. İstifadəçi “ağ siyahı” yaradaraq arzu olunan internet resurslarının siyahısını tərtib edə, eyni zamanda, təhlükəli hesab edilən resursları “qara siyahı”ya daxil edərək, onlardan istifadəni məhdudlaşdıra bilər. Eyni zamanda, istifadəçinin istədiyi vaxt filtiri deaktiv edərək, arzu etdiyi “web” resurslara daxil olmaq, daha sonra isə onu aktiv edə bilmə imkanı mövcuddur.

Hazırda 9 rayon (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul TKQ-lər) ərazisində istifadəçilər xidmətdən test rejimində yararlanırlar. Yaxın zamanlarda təhlükəsiz internet xidməti Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün rayon və şəhərlərdə də tətbiq ediləcək.

Məlumat üçün bildirək ki, bir qədər əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən “Bakinternet” istifadəçiləri üçün də təhlükəsiz internet xidməti istifadəyə verilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər