21 C
Baku
Saturday, November 2, 2024

Aərbaycanda yanvarda ərzaq məhsulları ucuzlaşıb, Statistika Komitəsi deyir

2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb. Bu barədə Banker.az maliyyə portalına Dövlət Statistika Komitəsindən mılumat verilib.

Məlumata görə, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub.

Dekabr ayı ilə müqayisədə yanvar ayı ərzində qoyun ətinin, südün, pendirin, kərə, zeytun və marqarin yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, kartofun, çay, qəhvə və kakaonun qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq və mal ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Komitə bildiririr ki, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, minik avtomobillərinin, televizorların, fərdi kompüterlərin, dəftərxana ləvazimatlarının qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ölkədən kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər