“A-Qroup Sığorta Şirkəti” ASC-nin (A-Group) əsas biznes portfelini formalaşdıran tibbi sığortanın həcmi 2025-ci ildə də yüksəlməkdə davam edib.
Banker.az xəbər verir ki, sığorta şirkətinin tibbi sığorta haqları yığımlarının həcmi illik müqayisədə 1 milyon 764 min manat və ya 11 faiz artaraq 18 milyon 125 min manata qalxıb.
Halbuki, 2024-cü ildə bu rəqəm 16 milyon 362 min manat olmuşdu.
Sığortaçı keçən il tibbi sığorta üzrə ümumi həcmi 11 milyon 214 min manat ödəniş həyata keçirib.
Ödənişlərin öncəki illə müqayisədə azalması, yığımların artması onun zərərlilik əmsalını 98.19 faizdən 96.33 faizə endirib.
A-Group keçən il 22 mln. manat üzərində gəlirə qarşı 1.08 mln. manat xalis mənfəət əldə edib.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 500 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.






