9 C
Baku
Thursday, December 12, 2024

“A-Group” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçib

“A-Group” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin yeni üzvi seçilir.

Banker.az xəbər verir ki, bu, Niftiyev Yalçın Sakit oğludur. O, bu vəzifənin müvəqqəti icraedicisi kimi təyin edilib.

Y.S.Niftiyev 2012-ci ildən bu sığorta şirkətinin Tibbi sığorta departamentinin rəhbəri kimi çalışırdı.

Yalçın Niftiyev bu təyinatı sığorta şirkətinin rəsmi səhifəsində qeyd olunsa da, hələ bu Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilməyib. 11 iyunda Y.Niftiyev attestasiyadan keçməlidir.

Qeyd edək ki, yaxın keçmişdə sığorta şirkətinin icra orqanına yeni rəhbər kimi Abas Miskərli təyin edilib. O, buna qədər İdarə Heyəti sədrinin müavini idi. A.Miskərli Anar Bayramovu əvəzləmşdi.

Beləliklə, Sığorta Şirkətinin İdarə Heyəti cəmi iki nəfərdən ibarət idi.

Qanunverciliyə görə, sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarət (hər biri üç ildən çox olmayan müddətə seçilir) olmalıdır.

Son xəbərlər
Digər xəbərlər