-1 C
Baku
Sunday, December 15, 2024

“A-Group Sığorta Şirkəti”nin xalis mənfəəti kəskin düşüb

“A-Group Sığorta Şirkəti” ASC 2022-ci ildə cəmi 57.19 min manat xalis mənfəət əldə edib və bu öncəki 2021-ci ildən xeyli azdır.

Banker.az bunu sığorta şirkətinin audit hesabatına istinad edir.

Hesabata görə, “A-Group Sığorta Şirkəti” 2022-ci ildə 22 milyon 48 min manat cəmi gəlir, 21 milyon 977 min manat cəmi xərc edib.

Sığorta şirkətinin əsas əməliyyat gəlirləri hesabat ilində 28% artaraq 25 milyon 629 min manat təşkil edib ki, bunun da əsası, yəni 24 milyon 632 min manatı birbaşa sığorta üzrə sığorta haqlarıdır. Şirkətin sığorta ödənişləri və sığorta məbləğlərü üzrə 12 milyon 827 min manat xərci çıxıb.

Onun xalis mənfəəti 2021-ci ildə 10 milyon 130.75 min manat idi.

uq scaled

Son xəbərlər
Digər xəbərlər