8 C
Baku
Wednesday, October 30, 2024

“A-Group Sığorta”dakı vəzifəsini tərk edib

“A-Group Sığorta” şirkətinin Məsul aktuarisi dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Musayeva Təranə Musa qızı Məsul aktuari vəzifəsini tərk edib.

Aktuari ehtimal metodları tətbiq edən ixtisasçıdır. Bu vəzifə sığorta və təkrar sığorta sahələri üçün zəruridir. Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün statistik informasiya toplayır və təhlil edir.

Vəzifə Öhdəlikləri belədir:

• Sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasını hazırlaması;
• Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərini tədqiq edilməsi və sistemləşdirməsi;
• Aktuar hesablamaların nəticəsi üzrə hazırlanmış aktuari rəyini təsdiqlənməsi;
• Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlanması;
• Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modelllərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
• Sığorta məhsulunun xarici sığorta bazarlarında və daxili sığorta bazarında vəziyyətini araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq, hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
• Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
• Şirkətin İFRS və requlyator tərəfindən hazırladığı ehtiyatların adekvatlığını yoxlanılması, metodoloqiya hazırlanması;
• Şəxsi tutum bağlı metodoloqiya hazırlanması və rəyin verilməsi;
• Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
• Rəhbərliyə müvafiq hesabatların təqdim olunması.

Son xəbərlər
Digər xəbərlər