“A-Qroup Sığorta Şirkəti” ASC-nin 2025-ci ili 1.08 milyon manat xalis mənfəətlə başa vurub. Keçən il şirkətin xalis mənfəəti 143 min manat olub. Beləliklə, illik müqayisədə xalis mənfəət 936 min manat və ya təxminən yeddi dəfə artıb.
Banker.az bunu əldə etdiyi maliyyə hesabatına istinadən xəbər verir.
“A-Qroup Sığorta”nın ümumi gəlirləri 22.09 milyon manat olub və keçən illə müqayisədə 0.41 milyon manat artıb.
Əsas əməliyyat gəlirləri 21.53 milyon manatla artım göstərib, investisiya gəlirləri isə 0.26 milyon manat yüksəlib. Xərclərə gəldikdə isə əsas əməliyyat xərcləri 1.24 milyon manat azalaraq 15.41 milyon manat təşkil edib.
“A-Qroup Sığorta”nın əsas fəaliyyət istiqaməti olan tibbi sığorta və əmlakın yanğından sığortasında müşahidə olunub. Tibbi sığorta üzrə sığorta haqları 18.13 milyon manat olub və illik müqayisədə 1.76 milyon manat artıb.
Əmlak sığortasında isə zərərlilik 126%-ə yüksəlib. Avtomobil sığortası portfeli isə 1.42 milyon manatla keçən illə müqayisədə 0.07 milyon manat azalıb. Digər sığorta siniflərində isə 1.22 milyon manatlıq azalma qeydə alınıb. Ümumilikdə şirkətin sığorta portfeli cəmi 20.74 milyon manat təşkil edib.







