19 və 20 sentyabr 2019-cu il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Banker.az xəbər verir ki, attestasiyaya cəlb edilənlər arasında bu günə qədər “A-Group” Sığorta Şirkətinin sədr müavini Miskərli Abas İlqar oğlu də var. Lakin, bildirək ki, A.Miskərli hətta bu attestasiyanı keçməmiş də onun adı Şirkətin saytında İH sədrinin müavini kimi qeyd edilirdi.
Bildirək ki, Misgərli bu attestasiyadan uğurla, yəni 87 bal ilə keçə bilib – keçid üçün minimal göstərici isə 70 bal göstərilir.