15.11.2023-cü il tarixindən etibarən “akart”ın W2C (köçürmə) və ATM-dən məxaric əməliyyatlarına komissiya tətbiq olunacaq.
Banker.az xəbər verir ki, şərtlər aşağıdakı kimidir:
W2C (köçürmə) əməliyyatları üçün:
* Aylıq 1000 AZN -dək köçürülən məbləğ komissiyasızdır, ümumi köçürülən məbləğ 1000 AZN-dən yuxarı olduqda – 1% minimum 0.01 AZN.
Halbuki, daha öncə tamamilə komissiyasız idi.
ATM məxaric əməliyyatları üçün:
* Partnyor ATM-lərdə (Paşa və Kapital) – 1% minimum 1 AZN.
* Qeyri-partnyor şəbəkələrdə – 2% minimum 2 AZN (+ qarşı tərəfin komissiyası əgər varsa).
Əvvəl yalnız ATM aid olduğu bank tərəfindən yalnız komissiya tətbiq olunurdu.
Qeyd edək ki, pul köçürmək üçün gündəlik olaraq (saat 00:00-dək) aşağıdakı limitlər təyin edilib:
- Kartdan karta bir dəfəyə köçürülə bilən maksimum məbləğ 2 000 AZN təşkil edir
- Kartdan karta pul köçürmələrinin gündəlik limiti 10 000 AZN-dir
- akart istifadəçiləri arasında köçürmələr üçün gündəlik limit 3 000 AZN təşkil edir
- akart istifadəçiləri arasında bir dəfəyə köçürülə bilən maksimum məbləğ 3 000 AZN təşkil edir
- Gündəlik olaraq maksimum tranzaksiya limiti: 15 dəfə
Xatırladaq ki, “akart” rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. “PAŞA Bank”, “VİSA”, “AzİnTelecom” ilə birgə əməkdaşlıqda həyata keçirilir. PAŞA Bank, eyni zamanda, rəqəmsal kartın emitenti qismində çıxış edir.