13 C
Baku
Monday, April 15, 2024

A.Maslow-a görə yetkin şəxsiyyət kimdir?

Maslow belə hesab edirdi ki, yetkin şəxsiyyətlər əhalinin təqribən 1%-ni təşkil edir və özlüyündə insan kütləsinin psixoloji sağlam nümunəsini əks etdirir.

  • Baş verənləri aktual tələbatlardan, stereotiplərdən, təxəyyüllərdən uzaq şəkildə daha adekvat olaraq qəbul etmək.

  • Digər insanları olduqları kimi qəbul etmək, süni və xoşagəlməz davranışlardan uzaq olmaq.
  • Spontanlıq, sadəlik və təbiilik. Təyin edilmiş ritual, ənənə və mərasimlərə lazımi yumor hissi ilə yanaşaraq riayət etmək.
  • Bu insanlar adətən özləri ilə deyil, həyati tapşırıqları ilə məşğuldurlar. Adətən onlar öz fəaliyyətlərini bəşəri dəyərlər ilə əlaqələndirir və ona cari an baxımından deyil, ədəbilik nəzəri ilə diqqətdən keçirirlər. Buna görə də, müəyyən dərəcədə filosofdurlar.
  • Bir çox hadisələrə qarşı uzaqlaşmaq vəziyyəti almaq. Bu onlara xoşagəlməz hadisələri sakit şəkildə keçirmək imkanı verir və bir çox hallarda tənhalığa meyillidirlər.
  • Avtonomluq və ətraf mühitə qarşı müstəqillik.
  • Təxəyyül yeniliyi: hər dəfə artıq məlum olan cəhətdə yenu cəhətlər kəşf etmək.
  • Özünü aktuallaşdırmağı bacaran insanlarla dostluq və dar tanış əhatəsi.
  • Münasibətlərdə demokratiklik. Digərlərindən dərs çıxarmağa hazırlıq.
  • Dayanıqlı daxili mənəvi qaydalar. Pislik və yaxşılığı tez bir şəkildə ayırd etmək.
  • “Fəlsəfi” yumor hissinə sahib olmaq. Həyata və özünə ümumilikdə yumor hissi ilə yanaşmaq. Lakin kiminsə kədəri və uğursuzluğu onlar üçün gülüş obyekti deyil.
  • Məşğul olduğu sahədən asılı olmayaraq bütün davranışlara təsir edən kreativlik.

Son xəbərlər
Digər xəbərlər