A-Qroup Sığorta Şirkəti “Qlobal Pul Həftəsi” çərçivəsində məktəbliləri maarifləndirib

“A-Qroup Sığorta Şirkəti” maliyyə savadlılığı layihələri çərçivəsində Bakı şəhərində yerləşən 60 nömrəli məktəbin şagirdləri üçün maraqlı və maarifləndirici tədbir keçirib.

Uşaqlar büdcə planlaşdırılması, qənaət, düzgün xərcləmə və pulun idarə olunması, həmçinin maliyyə təhlükəsizliyi, dələduzluq və maliyyə savadlılığının artırılması kimi vacib mövzular haqqında məlumat ilə tanış oldular.

“Qlobal Pul Həftəsi” layihəsinin bir hissəsi olaraq təşkil olunan bu təlim sessiyasında məktəblilər aktiv şəkildə iştirak edərək suallar verib və yeni biliklər əldə etdilər.

WhatsApp Image 2026 03 18 at 12.16.08 1 WhatsApp Image 2026 03 18 at 12.16.08 WhatsApp Image 2026 03 18 at 12.16.35 1 WhatsApp Image 2026 03 18 at 12.16.36

 

Son xəbərlər
Digər xəbərlər