17 C
Baku
Friday, October 18, 2024

“A-Qroup Sığorta Şirkəti”nin yığımları 1 milyon manatdan çox azalıb

A-Qroup Sığorta Şirkəti ASC-nin 2024-cü ilin yanvar-iyun ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-iyun ayında 8.776 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 1.239 mln. manat və ya 12% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 10.015 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər