13 C
Baku
Friday, November 22, 2024

“A-Qroup Sığorta”da təyinatlar olub

“A-Qroup Sığorta” ASC-nin Audit Komitəsinin tam heyəti açıqlanıb.

Banker.az xəbər verir ki, sığorta şirkətinin Audit Komitəsinə sədr kimi Rüstəm Qəmbərov Bahadır oğlu, üzv kimi Ləman Mirzəyeva Həbib qızı və Yuliya Sultanova Anatolyevna təyin ediliblər.

Audit Komitəsi daxili audit siyasətinin və strategiyasının hazırlanmasını, həyata keçirilməsini və auditor nəzarətini təşkil edir.

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər