“A Qroup Sığorta”nın “Yaşıl Kart” lisenziyası ləğv edilib.
Banker.az bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.
Daha öncə könüllü qaydada avtomobillərin icbari sığortası üzrə (NVMMİS) fəaliyyət göstərməkdən imtina edən “A Qroup Sığorta” şirkətinin Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ ləğv edilib.