6 C
Baku
Sunday, December 15, 2024

“A-Qroup Sığorta”nın yığımları 1 milyon manata yaxın azalıb

A-Qroup Sığorta Şirkəti ASC-nin 2023-cü ilin yanvar-sentyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-sentyabr ayında 12.358 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 843 mln. manat və ya 6.4% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 13.201 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər