13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“A-Qrup” Sığorta Şirkətininin maliyyəsinə nəzarət edən sədr dəyişir

“A-Qrup” Sığorta Şirkəti ASC-nin (yaxud A-Group) maliyyəsinə nəzarət edən strukturun sədri dəyişib.

Banker.az xəbər verir ki, Əhmədov Əliqismət Əhməd oğlu Təftiş Komissiyasının (T.K.) sədri vəzifəsindən istefa verib. Onun yerinə Qəmbərov Rüstəm Bahadır oğlu təyin edilib.

T.K.-nın digər üzvləri İsgəndərli Mehriban Xaliq qızı (üzv) və Mirzəyeva Ləman Həbib qızı (müstəqil üzv) adlı şəxslərdən ibarətdir.

Təftiş Komissiyasının sığorta şirkətində səlahiyyəti audit strategiyasını və siyasətini müəyyən edir, daxili audit planlarını təsdiq etmək, müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək, səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər
X