16 C
Baku
Friday, November 22, 2024

“A-Qrup” Sığorta Şirkəti məhkəməyə verilib

“A-Qroup Sığorta Şirkəti” ASC sığorta müqaviləsi üzrə öhdəliyinə görə məhkəməyə verilib.

Banker.az xəbər verir ki, sığorta şirkəti barəsində müraciət edən isə “Sirena” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

İşin mahiyyətindəki qyedə görə iki qurum arasında məhkəmə çəkişməsinə əsas olan isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – sığorta müqaviləsi üzrə mübahisələrdir.

Məhkəməyə, Zaur Pirverdiyev hakim təyin edilib.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər