13 C
Baku
Friday, November 22, 2024

“A-Qrup Sığorta Şirkəti”nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib

“A-Qrup Sığorta Şirkəti” ASC-nin İdarə Heyəti sədri Abas Miskərli İlqar oğlu vəzifəsindən azad edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, onu bu vəzifədə müvəqqəti əvəzedici kimi Natəvan Məmmədova Niyaz qızı əvəz edib.

1989-cu ildə Bakıda anadan olub.

2006-cı ildə “Biznes sahələrinin və istehsalatın idarə edilməsi” ixtisası üzrə Dövlət Neft Akademiyasına daxil olub. Bakalavr dərəcəsini aldıqdan sonra , 2014-cü ildə isə “Biznesin təşkili və idarə edilməsi (MBA)” ixtisası üzrə Qərb Universitetinin maqistr dərəcəsini almışdır.

2012-ci ildə İngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində təhsilini davam edərək, 2016 ildə Dip.CII dərəcəsini almışdır.

2012-ci ildə karyerasını “Alfa Sığorta” şirkətində sığorta və təkrarsığorta departamentinin direktoru vəzifəsində davam etmişdir.

2015-ci ildə “AZSIĞORTA” şirkətinə dəvət alaraq Korporativ Sığorta departamentinin direktoru vəzifəsində şalışıb.

2019-cu ilin avqust ayından A-Group Sığorta şirkətində İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər