12 C
Baku
Wednesday, November 12, 2025

“A-Qrup Sığorta”nın sədri dəyişib

“A-Qrup Sığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Bayramov işdən çıxıb.

Şirkətə rəhbərlik onun müavini Abbas Miskərliyə həvalə edilib.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər