15 C
Baku
Saturday, April 20, 2024

DB Azərbaycanda ASK sektorunda rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsinin qiymətləndirməsini həyata keçirəcək

2018-ci il yanvar ayının ikinci yarısında Dünya Bankının missiyası ASK (Azərbaycan Sahibkarlar Konfederasiyası) sektorunda rəqabətqabiliyyətinin gücləndirilməsinə yönələn layihənin həyata keçirilməsinin təhlili məqsədilə Azərbaycana səfər edəcək. Bu barədə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

“Bu layihə artıq iki ildir reallaşdırılır və bankın standartlarına görə görülən işin ortamüddətli qiymətləndirilməsini aparmaq lazımdır”, – bankdan qeyd ediblər.

Bu səbəbdən yanvarın ikinci yarısında layihə çərçivəsində görülən işi, layihəyə düzılişlərin daxil eilməsi imkanlarını qiymətləndirmək üçün bankın missiyası Bakıya səfər edəcək.

DB “Kənd Təsərrüfatının Rəqabətqabiliyyətinin Gücləndirilməsi” Layihəsinin reallaşdırılmasına $34,5 mln. məbləğində kredit ayırıb. Layihənin məqsədi ASK sektorunda rəqabətqabiliyyətinin gücləndirilməsidir. Layihənin ümumi dəyəri $53,25 mln. təşkil edir.

Son xəbərlər
Digər xəbərlər