“AA Services FZCO” şirkəti “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxıb.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən 2010-cu il fevralın 1-də dövlət qeydiyyatına alınmış (VÖEN:1401740701) “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı MMC-nin təsisçisi “AA Services FZCO” şirkətinin “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxması ilə əlaqədar azalaraq, “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 250 000 (iki yüz əlli min) manat təşkil edir.
Bütün kreditorlar və debitorlar 1 ay müddətində AZ1154, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi 51A nömrəli ünvanda yerləşən “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edə bilərlər.
Qeyd edək ki, “AA Services” neft və qaz sənayesi üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçmiş qazma tullantılarının idarə edilməsi şirkətidir.