“AAA Construction” MMC-nin dövlət qarşısında vergi borcu yaranıb.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, hazırda şirkətin vergi borcu 653 792,44 manat təşkil edir.
“AAA Construction” MMC 2018-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi — Əhmədov İlyas Miribadulla oğludur.
“AAA CONSTRUCTION” MMC-nin əsas fəaliyyət istiqaməti liftlərin, eskalatorların və onların ehtiyat hissələrinin satışı, təmiri və texniki xidmətidir.