15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Artıq vətəndaş edvgerial.az portalından topladığı vəsaiti öz kart hesabına köçürə biləcək – Minimal məbləğ 5 AZN

Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli fərmanı ilə təsdiq olunan “Əlavə dəyər vergisinin qaytarılması” qaydasına əsasən, 21 mart 2020-ci il tarixdən etibarən vətəndaş aldığı e-kassa çeki üzrə ƏDV-nin müəyyən (10 və 15 faiz) hissəsini geri qaytarmaq imkanına malikdir.

Banker.az xəbər verir ki, artıq vətəndaş https://www.edvgerial.az/ portalından topladığı vəsaiti özünün kart hesabına köçürmək imkanına malikdir. Qeyd edək ki, ƏDV-nin geri qaytarılmasına müvəkkil bank olan “Kapitalbank” ASC vəsaitin başqa karta köcürlməsi ilə bağlı prosesi öncələr aktiv deyildi.

Vətəndaş balansına uyğun olaraq minimum 5 AZN məbləğində vəsaiti kart hesabına köcürə bilər. Karta köcürmə üzrə maksimum məbləğ isə 500 AZN müəyyən edilib.

Son xəbərlər
Oxşar xəbərlər