12 C
Baku
Saturday, May 18, 2024

AAYDA-nın tabeliyindəki MMC-lər Avtomobil Yolları İnformasiya Sisteminə inteqrasiya ediləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki MMC-lərin Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) inteqrasiyası nəzərdə tutulub.

Bu barədə Banker.az-a Agentlikdən bildirilib.

Xatırladaq ki, Agentlikdə rəqəmsal idarəçiliyi inkişaf etdirmək üçün mayın 25-də daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, o cümlədən effektiv idarəetmənin təmin edilməsi məqsədilə AYİS yaradılıb. Qurumun aparatının Sənədlərlə iş şöbəsindəki kargüzarlıq işləri artıq elektronlaşdırılmış şəkildə həyata keçirilir.

Bu ilin I yarısında AYİS-ə 11 555 sənəd yerləşdirilib. Bunlardan 4 921-i xaric olan sənəd, 920-i əmr, sərəncam, qərar, 518-i daxili yazışma və 5 196-sı daxil olan sənəd tipinə aiddir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər