AAYDA sədrinə yeni müşavir təyin olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emin Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, E.Quliyev bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Təminat, təchizat və təsərrüfat departamentinin müdir müavini vəzifəsində çalışıb.

MənbəUnikal
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər