-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan iqtisadiyyatının ən çox pul yatırılan sahələri açıqlandı – Siyahı

2021-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial  sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas  kapitala 4 907 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.3 faiz az vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş  ümumi vəsaitin 55 faizi sənaye, 19.4 faizi tikinti, 12.7 faizi  nəqliyyat və anbar təsərrüfatı, 3.3 faizi peşə, elmi və texniki fəaliyyət, 2.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər birində 1.6 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 1.1 faiz olmaqla təhsil, dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0.9
faizi informasiya və rabitə, 0.4 faiz əhaliyə səhiyyə və sosial  xidmətlərin göstərilməsi, 0.3 faiz inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0.2 faizi maliyyə və sığorta fəaliyyəti, 0.1 faiz istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.

11 21

Son xəbərlər
Digər xəbərlər