2020-ci ilin yanvar-may ayları ərzində (5 ayda) Azərbaycandan 14 milyon 136 min dollar dəyərində 17 min 947 ton xurma ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-ci ilin 5 ayında isə 18 milyon 113 min dollar dəyərində 23 min 832 ton xurma ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, bu il xurma ixracından gəlir 3 milyon 977 min dollar və yaxud 22% azalıb, miqdar ifadəsində isə 6 min 335 ton və yaxud 27% azalıb.