24 C
Baku
Friday, April 26, 2024

AB-də Visa və Mastercard üçün yeni interchange ödəmələr müzakirə olunur

Geniş yayılmış Visa və Mastercard ödəniş sistemləri tezliklə Avropa Komissiyası ilə ödəniş kartları vasitəsi ilə həyata keçirilən əməliyyatlar üzərinə komissiyanın tətbiq edilməsi dair razılaşma əldə edə bilər.

Ehtimal edilir ki, “plastik” kartlarla ödənişi qəbul edən tacirlər 40% az “interchange  fee” ödəyəcəklər. Lakin, yeni qayda yalnız Avropa İttifaqı xaricində çıxarılan kartlara tətbiq edilir.

Beləliklə, şirkətlər,  AB-nin “antimopolis” istintaqı ilə əlaqəli olan bu  sualı bağlamaq istəyirlər.

Dəyişikliklərə əsasən, Visa və Mastercard-ın offlayn tranzakiyası üçün komissiya debet kartları üçün 0,2%  , kredit kartları üçün isə 0,3% təşkil edəcək. Debet kartı ilə onlayn ödənişlər üçün 1.15% komissiya və kredit kartı ilə ödənişlər üçün isə  1.50% təşkil edəcək. Həmçinin, maraqlı tərəflərin bir-birinə öz fikirlərini bildirmək üçün Avropa Birliyi məsləhətləşmə müddətini (1 ay) əlavə etdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər