21 C
Baku
Thursday, April 25, 2024

ABA ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

3 noyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Banker.az xəbər verir ki, memorandum əsasında növbəti illərdə tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, rəqəmsal ödənişlər və fintex ekosistemində birgə konfrans, seminar və digər tədbirlərin təşkili, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi üzrə koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi və digər bu kimi istiqamətlərdə əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, bank sistemi və fintex ekosistemində təmsil olunan maliyyə institutları arasında fəaliyyətin koordinasiya olunmuş formada həyata keçirilməsi bank xidmətlərinin rəqəmsallaşmasına töhfə vermək baxımından faydalı olacaqdır.

AF6O9564 scaled

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər