9 C
Baku
Friday, December 13, 2024

ABA-nın gələcək 5 ildə strateji hədəfi rəqəmsal ekosisteminin inkişafıdır

“Rəqəmsal ödəniş ekosisteminin inkişafı, rəqəmsal ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinə dəstək göstərilməsi Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2021-2025-ci illər üçün nəzərdə tutulmuş əsas strateji hədəflərindən biridir.

Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O bilidirib ki, rəqəmsal ekosistemin qabaqcıl beynəlxlaq təcrübə əsasında inkişaf etdirilməsi və son trendlərlə müqayisə oluna bilən infrastrukturun formalaşdırılması məqsədi ilə bir neçə istiqamətədə fəaliyyət davam etdirilməlidir:

“Belə ki, iqtisadiyyatda platformalaşma əsas götürülərək bir neçə rəqəmsal platformanın yaradılması və onlar arasında əlaqələrin dərinləşməsi, açıq bankçılıq texnologiyalarının tətbiqi ilə hörümçək toru prinsipi əsasında maliyyə inistitutları arasında şaxələnmiş qarşılıqlı inteqrasiyanın qurulması, innovativ həll və texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədi ilə davamlı əsasda qanunvericilik islahatlarının aparılması, müştərilərin ehtiyac və istəklərinin fokuslaşdırmaqla mövcud xidmət şəbəkəsini şaxələndirilməsi bu sahədə mühüm rol oynaya bilər”.

Son xəbərlər
Digər xəbərlər