8 C
Baku
Friday, December 13, 2024

ABA-nın təşkilatçılığı ilə növbəti seminar keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların məsul şəxləri üçün ABA-nın təşkilatçılığı ilə 25 may 2017-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin sektor müdiri Azər Abbasov tərəfindən seminar keçirilib.  Bu barədə Banker.az-a  ABA-dan bildirilib. “Bank hesablarına dövlət satınalmalarından daxil olan vəsaitlərin idarə edilməsi” mövzusunda keçirilən seminarda Azərpoçt MMC-nin, KredAqro BOKT QSC-nin, və ABA-nın üzv təşkilatlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, seminar Unibank ASC-nin mərkəzi ofisində baş tutub.

Son xəbərlər
Digər xəbərlər