7 C
Baku
Tuesday, March 5, 2024

Sədr: “Hazırda Azərbaycanda banklar xaricdən borclanmağa maraq göstərmir”

Azərbaycan Banklar Assosiasiyasının (ABA)sədri Zakir Nuriyev hazırda bankların xarcdən borclanmağa fəal marağının olmadığını qeyd edir.

“Hazırda banklar xaricdən borclanma ilə bağlı problemlərlə üzləşmir. Banklarımızın xaricdən borclanma ilə bağlı ciddi istəkləri də yoxdur. Belə ki, xaricdən cəlb olunan vəsaitlərin yerləşdirilməsi ilə bağlı bəlli bir məhdudiyyətlər var”, – deyə Z.Nuriyev Azərbaycan Beynəlxalq Bankı ətrafında vəziyyətin bankların xaricdən borc cəlb etməyə təsirini şərh edərkən vurğulayıb.

Onun fikrincə, ABB ətrafında baş verən hadisələrin yerli bankların xaricdən vəsait cəlb etmək imkanlarına təsirini “gələcək göstərəcək”.

Həmçinin, Z.Nuriyev hesab edir ki, ABB ətrafında vəziyyət yerli banklarla əhali arasında münasibətlərə ciddi təsir etməyib. “Hökumət tərəfindən Azərbaycan Beynəlxalq Bankına ilk gündən dəstək verildi, onun öhdəliklərinin icrasında köməklik göstərildi. Banka likvidlik verdiyi üçün hər hansı problem yaşanmadı”, – deyə ABB sədri vurğulayıb.

Interfaks.az

Son xəbərlər
Digər xəbərlər