23 C
Baku
Monday, July 15, 2024

ABA sədri: “Qanunvericilikdəki dəyişikliklər kreditvermə prosesini sürətləndirəcək”

Azərbaycanda maliyyə sektoru ilə bağlı qəbul olunması gözlənilən qərarlar proseslərin daha da sadələşdirilməsini və sürətləndirilməsini, xüsusən də filial və şöbələrin açılması prosesinin sürətləndirilməsini, attestasiya proseslərinin ləğv edilməsini, əhalinin borc yükünün müəyyən edilməsi üçün illik dövriyyəsi 100 mindən artıq olan ticarət və qeyri-ticarət təşkilatlarının məlumatlarının kredit bürosuna ötürülməsini, bununla da bankların kreditvermə prosesini daha da sürətləndirilməsini təmin edəcək.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev qanunvericilikdə gözlənilən dəyişiklikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyətlərin verilməsi bankların işini asanlaşdıracaq: “Bankların filial açılışı yalnız məlumatlandırma xarakterli olacaq. Borc yükünün müəyyən edilməsi kimi mürəkkəblik ortadan qalxacaq. Attestasiya prosesləri ləğv edilir. Bütün addımlar bankların çevikliyinin artırılmasına yönəlib”.

ABA rəhbəri həmçinin deyib ki, ölkədə turizmin inkişafı ilə valyutadəyişmə prosesləri daha çevik olacaq: “Yeni qaydalar imkan verəcək ki, qeyri-iş günlərində və yaxud bankların fəaliyyət göstərmədiyi ərazilərdə valyutadəyişmə məntəqələri daha çevik fəaliyyət göstərsin. Bu isə turizmin inkişafı üçün vacibdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər