18 C
Baku
Friday, April 25, 2025

ABA və Azərbaycan Qiymətləndiricilər Palatası birgə İşçi Qrup yaradıb

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Qiymətləndiricilər Palatası” İctimai Birlikləri qarşıya çıxacaq məsələlərin operativ həll edilməsi və tərəflər arasında kommunikasiyanın təmin edilməsi məqsədi ilə birgə İşçi Qrupu yaradıb.

Bu barədə ABA xəbər verir.

Məlumata görə, Assosiasiya və Palatanın rəhbərliyi, üzv bankların və aidiyatı sturuktur bölmənin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib. Görüşdə Palatanın fəaliyyəti haqqında məlumat verilib, qiymətləndiricilərin və bankların maliyyə sektorundakı fəaliyyətləri və qarşılıqlı əlaqələri, hər iki tərəfi maraqlandıran məsələlərin birgə müzakirəsi aparılıb.

ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər