7 fevral 2017-ci il tarixində qanunvericilikdə baş vermiş son dəyişikliklərin tətbiqi mexanizmi ilə əlaqədar bank nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata/fimsa) və Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Bu barədə Assosiasiyadan Banker.az-a məlumat daxil olub.
Görüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu”nun təşəbbüsü ilə təşkil edilib.
Görüşdə vergi qanunvericiliyində baş vermiş son dəyişikliklərlə əlaqədar, tətbiqi nəzərdə tutulan vergitutma obyektləri üzrə zəruri icra mexanizmləri və metodologiyanın müzakirəsi, o cümlədən vergi ödəyiciləri Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək yeni hesabat formalarının tətbiqi məsələləri müzakirə edilib.