12 C
Baku
Sunday, October 27, 2024

ABB 2022-ci il üzrə audit hesabatını açıqladı – 289 mln. manatlıq xalis mənfəət

Azərbaycanın ən iri bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2022-ci il üzrə audit hesabatını açıqladı və illik müqayisədə xalis mənfəətinin 79% artdırdığı məlum oldu.

Banker.az xəbər verir ki, ABB-nin 2022-ci il üzrə audit hesabatını “Ernst&Young” audit şirkətini aparıb.

Yola saldığımız ildə dövlət bankı 288.7 mln. manat xalis mənfəət əldə edib.

Hesabatda deyilir ki, ABB-nin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış 595.77 mln. manat faiz gəliri əldə edib.  Bu illik müqayisədə 153.79 mln. manat və ya 35% çoxdur. Burada 380.94 mln. manat müştərilərə verilmiş kreditlər üzrə, 71.1 mln. manat pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, 65.76 mln. manat banklardan və digər maliyyə təşkilatlarından alınacaq məbləğlər, 61.45 mln. manat investisiya qiymətli kağızları və 16.52 mln. manat “Aqrarkredit” QSC-dən alınacaq məbləğ gəlirlər əldə edib.

Bank faiz gəlirlərinin 35% artımına qarşı faiz xərclərini xeyli optimallaşdırıb. 2021-ci ildə 116.23 mln. manat faiz xərci çəkdiyi halda 2022-ci ildə 111.1 mln. manat olub.

1 yanvar 2023-cü ildə 564.59 mln. manat yığılmış mənfəəti vardır.

Aktivlərinin həcmi illik müqayisədə 21% artımla 14 mlrd. 178 mln. manata yüksəlib. Burada 3 mlrd. 401 mln. manatı müştərilərə verilmiş kreditlər təşkil edib.

Cəmi öhdəliklərin həcmi illik 23% artımla 12 mlrd. 357 mln. manata yüksəlib. Burada, 11 mlrd. 252 mln. manatı müştəri hesablarıdır.

2222 1 2333 459

Son xəbərlər
Digər xəbərlər