7 C
Baku
Thursday, December 12, 2024

Dövlət bankı ABB 2023-cü ildə ₼322.3 mln. xalis mənfəət əldə edib

Dövlətin bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) öncəki ildə 322.3 milyon manat xalis mənfəət əldə etməklə ili uğurla tamamlamış oldu. Bu da illik müqayisədə 27 faiz artımdır.

Banker.az xəbər verir ki, dövlət bankı ötən il 779.92 mln. manat faiz gəliri və 241.87 mln. manat qeyri-faiz gəlirinə qarşı 471.8 mln. manat faiz xərci, 395.53 mln. manat qeyri-faiz xərci çəkib.

Bankın əsas fəaliyyət istiqamətindən gəlirlər – faiz gəlirləri illik müqayisədə 34 faiz artım göstərib.

Ümumilikdə bankın gəlirləri 1 mlrd. 21.78 mln. olub.

Bununla da bank ötən ili 483.9 mln. manat əməliyyat mənfəəti əldə edib. 2022-ci ildə bu rəqəm 388.22 mln. manat idi.

1 yanvar 2023-cü il tarixinə ABB-nin kapital balansındakı bölüşdürülməmiş mənfəət 376.85 mln. manata yüksəlib.

Ötən gün ABB-nin İdarə Heyətinin sədri Abbas İbarhimov KİV-ə müsahibəsində bildirib ki, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 mln. manat dividend də ödəyib. Bankın səhmlərinin 96.4%-i dövlətə məxsus olduğundan dividendlərin 151 mln. manatı məhz dövlətə ödənib.

Bankın sədri 2023-cü ili ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı il kimi qiymətləndirib.

“Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 mln. manat həcmində dividend ödənişi təklif edəcəyik. Beləliklə, ABB bu il səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir”- deyə, o bildirib.

3423424

Son xəbərlər
Digər xəbərlər