-1 C
Baku
Sunday, December 15, 2024

ABB 2023-cü ilin ilk üç rübündə ₼251 milyon xalis mənfəət əldə edib

 

Dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ilin ilk üç rübündə 250.86 milyon manat xalis mənfəət əldə edib. Bu öncəki illə müqayisədə 40.95 milyon manat və ya 19.5% yuxarı nəticədir.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, bank faiz gəlirlərini illik müqayisədə 43% artaraq 575.59 milyon manat təşkil edib. 2022-ci ilin qeyd edilən müddətində 402.74 milyon manat faiz gəliri əldə edilmişdi.

Bununla belə, ABB-nin faiz xərclərinin həcmi 62% artımla 95.96 milyon manata yüksəlib ki, xalis faiz gəliri 479.63 milyon manat təşkil etmişdir. ABB hazırda faiz gəlirləri ilə faiz xərcləri arasında ən böyük nisbətə malik olan banklar sırasındadır və bu da bankın mənfəətliliyi üçün əlverişli şəraitdir.

ABB-nin bu xalis mənfəətindən sonra onun balansında 305.45 milyon manat bölüşdürülməmiş mənfəət yaranıb. ABB digər dövlətin payı olan şirkətlərdən fərqli olaraq son illərdə dövlət büdcəsinə böyük həcmli dividend ödəyən təşkilat olaraq qalmaqdadır.  Təkcə bu ildəki Ümumi yığıncaqda  2023-cü ilin mənfəətindən səhmdarlara 156.6 milyon manat dividendin ödənilməsinə qərar verilmişdi.

Bankın aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 2 milyard 604.0.9 milyon manat və ya 18.5% azalaraq 11 milyard 434.8 milyon manata düşüb. Sistem əhəmiyyətli bankda bu enişin səbəbi sadəcə nağd vəsaitlər, banklar və digər maliyyə institutlarındakı depozitlərin və qiymətli kağızlarla bağlıdır. Nağd vəsaitlərin həcmi ilk 9 ayda 37.5% azalaraq 2 milyard 459.56 milyon manata, banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi 40% azalaraq 1 milyard 943 milyon manata və qiymətli kağızlar portfeli isə 23.8% azalaraq 2 milyard 316.61 milyon manata düşüb.

Əsas fəaliyyət istiqaməti olan müştərilərə verilən kreditlərin həcmi 27% artaraq 4 milyard 488.98 milyon manata yüksəlib.

1 1

2 1

Son xəbərlər
Digər xəbərlər