9 C
Baku
Friday, December 13, 2024

ABB 2024-cü ilin birinci rübünü ₼80.6 milyon xalis mənfəətlə başa vurub

Dövlət bankı ABB 2023-cü ilin birinci rübü üzrə 80.61 mln. manatlıq xalis mənfəət əldə edib. Öncəki ilin eyni dövründə 80.4 mln. manat xalis mənfəət əldə etmişdi.

Banker.az bunu bankın maliyyə hesabatına istinadən xəbər verir.

Son göstəricilərə əsasən, ABB Azərbaycanda cari ilin ilk rübündə ən iri həcimli xalis mənfəət əldə edən bank olub.

Ölkənin nəhəng bankı ilk rübdə 277.16 mln. manat gəlir əldə edib ki, bu da ümumi gəlirlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artımı deməkdir. Gəlirlərin 209.52 mln. manatı faiz gəlirləri, 67.63 mln. manatı isə qeyri-faiz gəlirləri təşkil edib.

Cari ildəki xalis mənfəətdən sonra bankın balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 457.46 mln. manata yüksəlib. Bir faktı da qeyd edək ki, ABB dövlət şirkətləri içində büdcəyə ardıcıl bir neçə ildir ən iri dividend ödənişi edən təşkilatdır.

Hökumət cari il üzrə də bu bankdan dividend ödənişi gözləyir.

Bununla belə, bankın cəmi aktivlərinin həcmi ilin əvvəlindən 3.5 faiz azalaraq 13 mlrd. 189.3 mln. manata düşüb. Bunun əsas səbəbi akitvlərdəki nağd vəsaitlərin 12 faiz azalaraq 3 mlrd. 582.25 mln. manata qədər azalmasıdır. Belə ki, bankın müştərilərə verdiyi kreditlərin həcmi ilin ilk rübdə 5.8 faiz artaraq 5 mlrd. 341.49 mln. manata yüksəlib. Kredit portfelinin 2 mlrd. 637.47 mln. manatı biznes, 1 mlrd. 489.84 mln. manatı istehlak və 1 mlrd. 214.19 mln. manatı ipoteka kreditləridir.

 

 

435678888888888

Son xəbərlər
Digər xəbərlər