10 C
Baku
Wednesday, April 16, 2025

ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı

2025-cü ilin I-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 335,1 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.9% və ya 57.9 milyon manat çoxdur.

ABB-nin əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ilin I-ci rübü ilə müqayisədə 73 milyon 720 min manat və ya 52,7% artaraq 213 milyon 717 min manat təşkil edib.

Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 40.6 milyon manat olub ki, bu da 2024-cü ilin I-ci rübü ilə müqayisədə 6,4 milyon manat çoxdur.

ABB 2025-ci ilin I-ci rübünü 65 milyon 665 min manat xalis mənfəətlə başa vurub.

BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB

ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin sonu ilə müqayisədə 1,86% və ya 118,1 milyon manat artaraq 6,5 milyard manata çatıb. 2024-cü ilin ilin sonu ilə müqayisədə biznes kreditləri portfeli 37 milyon 789 min manat artaraq 3 milyard 147 milyon 35 min manata yüksəlib.

MƏCMU KAPİTALI 1,8 MİLYARD MANAT TƏŞKİL EDİB

31 mart 2025-ci il tarixində ABB 1 milyard 817 milyon 983 min manat məcmu kapitala malik olub. Birinci rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 18.64%, məcmu kapitalının adekvatlıq əmsalı isə 19.31% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6.5% və 12.5%) əhəmiyyətli şəkildə yüksəkdir. 31 mart 2025-ci il tarixində ABB-nin cəmi aktivləri 14,33 milyard manat, öhdəlikləri isə 12,21 milyard manat olub.

ABB BU İL REKORD MƏBLƏĞDƏ, 200 MİLYON MANAT DİVİDEND ÖDƏMƏYİ NƏZƏRDƏ TUTUB

07 May 2025-ci il tarixində Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Bank səhmdarlarına 200 milyon manat dividend ödənilməsini təklif edib. 7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq.

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər