26 C
Baku
Saturday, July 27, 2024

ABB 40 mln. manatlıq xalis mənfəət əldə edir, vəsaitlərini “pul gətirən” aktivlərə yatırır

    • Əlindəki pul vəsaitləri gəlirli aktivlərə yönəldib
    • Hesabat dövründə gəlirlərini böyük həcmdə artırıb
    • 40 mln. manata yaxın xalis mənfəət əldə edib

ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci ilin birinci rübündə 39.22 mln. manat xalis mənfəət əldə edib.

Bu barədə dövlət bankının 2022-ci ilin yanvar-mart ayları üzrə rüblük maliyyə göstəricilərində qeyd edilib.

Bank ilin birinci rübündə öncəki ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 12% artaraq 119.08 mln. manat olub. Faiz gəlirlərinin 83.61 mln. manatı müştərilərə verilən kreditlərdən, 16.05 mln. manatı digər banklardakı depozitlərdən, 16.25 mln. manatı qiymətli kağızlardan daxil olub.

ABB-nin faizlər üzrə xərci 16.69 mln. manat, qeyri-faiz gəlirləri 30.62 mln. manat, qeyri-faiz xərcləri 58.92 mln. manat olmuşdur. Dövlət bankının 8.97 mln. manatı mənfəət vergisi xərcindən sonra xalis mənfəəti 39.22 mln. manat təşkil edib. Öncəki ilin birinci rübündə ABB-nin xalis mənfəəti 32.4 mln. manat təşkil edirdi.

Bu xalis mənfəətdən sonra ABB-nin bölüşdürülməmiş mənfəəti 100.51 mln. manata yüksəlib. Bankın hazırda cəmi kapitalı 1 milyard 476.4 mln. manatdır.

Əlindəki vəsaitləri “pul gətirən” alətlərə yönəldir

Bankın aktivlərinin həcmi son bir rübdə 1.4% böyüməklə 11.65 milyard manata çatıb. Diqqət çəkən məqam aktivlərindəki pul vəsaitlərinin kreditlərə, qiymətli kağızlara yönəldilməsidir.

Pul vəsaitləri və ekvivalentlərinin həcmi 6.41 mln. manatdan 4.25 mln. manata qədər azalıb.

ABB-nin ilin əvvəlində olan 471.98 mln. manatlıq digər banklardakı depozitlərinin həcmi kəskin artımla 2 milyard 479.51 mln. manata, qiymətli kağızlar portfeli 1 mlrd. 363.52 mln. manatdan 1 mlrd. 523.48 mln. manata, müştərilərə verilən kreditlərin həcminin 3 mlrd. 099,44 mln. manatdan 3 mlrd. 277.87 mln. manata yüksəlib.

Depozitlər böyüyür

2022-ci ilin əvvəlindən 2022-ci ilin birinci rübünün sonuna depozitlərin həcmi 7% artımla 8 milyard 837.1 milyon manata yüksəlib. Burada, 1mlrd 519.56 mln. manatı fiziki şəxslərin, 7 mlrd. 317.54 mln. manatı hüquqi şəxslərin vəsaitləridir.

a1 ohk 3123123 23232323

 

Son xəbərlər
Digər xəbərlər