11 C
Baku
Saturday, November 16, 2024

ABB AKA Bankla müqavilə imzaladı

®ABB ilə 17 Avropa bankının qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bank (Avropa İxrac-Ticarət Bankı) arasında Çərçivə Müqaviləsinin imzalanması tədbiri keçirilib. Müqaviləni ABB və AKA Bankın İdarə Heyətinin sədrləri Abbas İbrahimov və Marck Wengrzik imzalayıb. Müqavilə Avropa ölkələrindən Azərbaycana idxal olunan malların maliyyələşdirilməsi üzrə uzunmüddətli tərəfdaşlığı əhatə edir. 

Belə ki, AKA Bank Avropadan Azərbaycana idxal edilən malların ABB-nin zəmanəti ilə uzunmüddətli maliyyələşdirilməsini həyata keçirəcək. Bu, idxal-ixrac prosesləri ilə məşğul olan iş adamları üçün böyük fürsətdir. Bizneslər yaranmış yeni imkandan faydalanmaq üçün ABB-nin bütün filiallarına müraciət edə bilərlər. 

Artıq müqavilə əsasında Bankın ilk müştərisinə 4,3 milyon Avro məbləğində uzunmüddətli xəttin açılmasına qərar verilib və prosesə başlanıb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini uzunmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik”.

Məlumat üçün bildirək ki, AKA Bank 1952-ci ildən fəaliyyət göstərir. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər