Almaniyanın Frankfurt şəhərində keçirilən SIBOS 2025 konfransı çərçivəsində ABB ilə Almaniyanın “Helaba Bank”ı arasında müqavilə imzalanıb.
Bankdan Banker.az-a verilən məlumata görə, 37 milyon avro məbləğində müqavilə korporativ müştərilərin yerli istehsalının dəstəklənməsi və ixrac potensialının artırılması məqsədinə yönəlib.
Qeyd edək ki, Almaniyanın Helaba Bankı real sektorun maliyyələşdirilməsi sahəsində Avropanın qabaqcıl banklarındandır.