Ölkənin aktivlərinə görə ən iri bank ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC, $ABBNK) 2024-cü ilin ilk üç rübündə 235,08 milyon manat xalis mənfəət əldə edib və beləliklə, bölüşdürülməmiş mənfəətini 426,94 milyon manata çatdırdı.
Banker.az bankın bunu rübük maliyyə hesabatına istinadən xəbər verir.
2024-cü ilin yanvar-sentyabr faiz gəlirləri 668,07 milyon manat təşkil edib, bu isə 2023-cü ildəki 575,59 milyon manatla müqayisədə 16% artım deməkdir. Bunun da böyük hissəsini müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təmin edir ki, bu da illik 43.6% artımdır.
ABB-nin faiz xərcləri də artaraq 165,63 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,7% artımdır (2023: 95,96 milyon manat). Bu artım əsasən depozitlər üzrə faiz xərclərinin 144,89 milyon manata çatması ilə əlaqədardır (2023: 71,71 milyon manat).
Qeyri-faiz gəlirləri də yüksəlib və 2024-cü ildə 228,19 milyon manat təşkil edib. Bu da ötən ilin 164,50 milyon manatı ilə müqayisədə 38.7% artım göstərir.