13 C
Baku
Friday, April 19, 2024

ABB-dən şagirdlər üçün Yay Riyaziyyat Düşərgəsi!

®ABB-nin ABB Tech Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlıq dəstəyi ilə 8-ci sinfi bitirmiş şagirdlər üçün Qubada 5 günlük Yay Riyaziyyat Düşərgəsi təşkil edib. 

Düşərgədə iştirak üçün müraciət etmiş 500-dən artıq şagird arasından onlayn test və müsahibə əsasında 17 şagird seçilib. 5 gün ərzində onlar müəllim və mentorların rəhbərliyi ilə riyaziyyat üzrə bilik və bacarıqlarını artırıblar. Düşərgə müddətində riyazi dərslərdən əlavə, şagirdlər müxtəlif interaktiv oyunlara cəlb olunublar. 

Yay Riyaziyyat Düşərgəsinin sonunda şagirdlər arasında imtahan keçirilib. Onların bilik və bacarıqları dəyərləndirilib. Nəticələrə əsasən, 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri seçilərək mükafatlandırılıb. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Son xəbərlər
Digər xəbərlər