29 C
Baku
Friday, June 14, 2024

ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”

®Bizneslərin etibarlı tərəfdaşı olan ABB daha bir imkanı sahibkarlara təqdim edib. İş adamları ABB Business İnternet Bank platforması üzərindən 3 000 000 AZN-ə qədər “İnvoysların maliyyələşdirilməsi” kreditini rahatlıqla əldə edə bilərlər. Bu kredit məhsulunun əsas üstünlüyü vəsait məbləğinin yüksək olması, rəsmiləşdirmə prosesinin daha az sənədlə, sürətli və rahat şəkildə aparılmasıdır. 

Belə ki, sahibkar filiala yaxınlaşmadan rəqəmsal platformada sadəcə müraciət formasındakı məlumatları daxil edir, tələb olunan sənədləri yükləyərək göndərir və müqaviləni onlayn şəkildə rəsmiləşdirib vəsaiti tam rəqəmsal təcrübə ilə maksimum 2 günə alır. 

Məbləğ: 3 000 000 AZN-ə qədər 

İllik faiz dərəcəsi: 10%-dən başlayaraq 

Müddət: 18 ayadək

B2B (“business to business”) prinsipi ilə fəaliyyət göstərən, biznes müştərilərinə mal və ya xidmət təchiz edən, alıcıları ilə hesablaşmaları nağdsız formada aparan bütün sahibkarlar bu imkandan yararlana bilər. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər