Azərbaycan Beynəlxalq Bankı ABB mobile tətbiqimiz dəyişən müştəri davranışlarına uyğunlaşaraq maliyyə inklüzivliyini artıran dinamik platformaya çevrilib.
Banker.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatındakı müraciətində bildirir.
“2022-ci ilin sonuna kimi mobil tətbiqimizdə 1,23 milyondan çox müştəri qeydiyyatdan keçib. Korporativ və KOS müştərilərimiz yenilənmiş internet bankçılıq platformamızdan və ABB business mobil tətbiqimizdən faydalanaraq yeni bank təcrübələri qazanırlar. 2022-ci ilin sonuna olan məlumata görə, ABB-də korporativ əməliyyatların 91%-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilib”.