ABB-də yeni baş direktor təyin edilib

ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.

Banker.az xəbər verir ki, Anar Abbasov ABB-də Baş direktor vəzifəsinə təyin edilib.

O, 2022-ci ilin avqust ayından ABB-də Pərakəndə seqment sahəsinin rəhbəri vəzifəsində, 2024-cü ilin iyun ayından indiyə kimi bankın Pərakəndə seqment, kart və kredit sahələrini birləşdirən Ofis rəhbəri kimi fəaliyyət göstərib.

2021-2022-ci illərdə “Paşa Bank”da İdarə Heyətinin Sədrinin müşaviri və Pərakəndə Bankçılıq Departamentinin direktoru, 2018-2023-cü illərdə eyni zamanda “Prime Insurance” şirkətində Müşahidə Şurasının sədr müavini olaraq çalışıb.

A. Abbasov həmçinin, 2008-ci ildən 2021-ci ilə qədər “Bank of Baku”da müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Anar Abbasov Milli Aviasiya Akademiyasında menecment ixtisası üzrə bakalavr, İngiltərənin “Sheffield” Universitetində isə biznes idarəçiliyi üzrə magistr təhsili alıb.

Son xəbərlər
Digər xəbərlər