2 C
Baku
Saturday, December 14, 2024

ABB-də yeni təyinat olub

Aktivlərinə görə ölkənin ən iri bankı olan ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) strukturunda yeni təyinat olub.

Banker.az xəbər verir ki, İdarə Heyətinin sədrinin əmri ilə Fariz Rəhimov ABB-nin Risk Ofisinin rəhbəri təyin edilib.

2019-cu ilin noyabrından F.Rəhimov Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsi ilə bərabər, bir sıra komitələrin də üzvüdür.

O, həmçinin 2023-cü ildən ABB-nin prosessinq şirkəti – “Azərikart” MMC-də də Audit Komitəsinin üzvüdür.

F.Rəhimov 2011-ci ildən ABB-nin heyətinə qatılıb. O, buna qədər Azərbaycan Mərkəzi Bankında çalışıb.

Fariz Rəhimov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq iqtisadiyyat üzrə bakalavr və magistr, Durham Universitetində maliyyə üzrə magistr dərəcələrinə sahib olub. Hazırda Warwick Business School-da MBA təhsili alır.

Son xəbərlər
Digər xəbərlər